Online sınaq imtahanı keçirilib

Pandemiya şəraiti ilə əlaqədar olaraq ölkə üzrə xüsusi karantin rejimi tətbiq edildiyinə görə Gəncə Dövlət Universitetində test imtahanları Microsoft Teams platforması üzərindən distant qaydada təşkil ediləcək.

Tələbələrin Microsoft Teams platformasından istifadə etməklə imtahan vermək vərdişlərinin formalaşması, yarana biləcək hər hansı bir problemin vaxtında aşkar edilməsi və aradan qaldırılması, eyni zamanda imtahana hazırlıq məqsədi ilə 22 may 2021 tarixində universitetin Bakalavriat səviyyəsi üzrə əyani təhsil formasında təhsil alan tələbələri üçün online sınaq imtahanı keçirilib.

–         1-ci kurs tələbələri üçün imtahan saat 10-00-da,

–         2-ci kurs tələbələri üçün saat 12-00-da,

–         3-cü kurs tələbələri üçün saat 14-00-da,

–         4-cü kurs tələbələri üçün saat 16-00-da başlanıb.