ORTA MƏKTƏBDƏ “PSİXOLOGİYA” KAFEDRASININ TƏDBİRİ

5 aprel 2017- ci ildə Gəncə şəhər  Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə universitetin Pedaqoji fakültəsinin Psixologiya kafedrasının baza məktəbi ilə əməkdaşlıq müqaviləsinə uyğun tədbiri keçirilmişdir. Tədbirdə iştirak etdilər: 39 nömrəli məktəbin direktoru Nizami Rzayev,  dərs hissə müdiri Təranə Məhərrəmova, Psixologiya kafedrsının müdiri dosent Zümrüd Cavadova, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dosent Allahverdi Quliyev, fakültənin dosenti Cəfər İbrahimov, baş müəllimlər İlham Məmmədov, Alvina Babayeva, Telli Cabarova, Təcrübə və karyera şöbəsinin əməkdaşları Misir Fərhadov və Lalə Əsgərova, məktəbin pedaqoqları, şagirdlərin valideynləri və məktəbin şagirdləri.

Çıxış edənlər -dosentlər Z. Cavadova, A. Quliyev, C. İbrahimov, baş müəllimlər İ. Məmmədov, A. Babayeva və T. Cabbarova məktəbdə “ Şəxsiyyətin formalaşmasına təsir edən amillər” mövzusunda müxtəlif psixoloji – pedaqoji istiqamətli məsələlər barədə fikirlərini bildirdilər və tədbirin sonunda çoxsaylı suallar aydınlaşdırıldı. Təqdim edilən tədbir məktəb kollektivi və valideynlər tərəfindən bəyənildi, tədbirin təşkilində xüsusi əməyi olan məktəbin direktoru Nizami Rzayevə və universitet əməkdaşlarına minnətdarlıq edildi.

Ümumiyyətlə, GDU ilə baza məktəbləri arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədə təşkil olunur və növbəti həftədə həmin məktəbdə daha bir neçə tədbirin keçirilməsi planlaşdırılıb.