ORTA MƏKTƏBLƏRLƏ ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNİR

Gəncə Dövlət Universiteti ilə şəhər orta məktəbləri arasında əməkdaşlıq günü-gündən inkişaf etdirilir. Təcrübəçi tələbələr məktəb kollektivi ilə bərabər tədbirlərdə iştirak edir, bəzən bələ tədbirləri öz təşəbbüsləri ilə həyata keçirirlər. Universitetin alimlərinin şagirdlər qarşısında açıq dərsləri isə ənənəyə çevrilmişdir. Bu günlərdə UTF və texnologiya kafedrasının dosenti Cabbar Qarayevin Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə “Texnologiya fənninin tədrisi və yeni qiymətləndirmə üsulunun tətbiqi”,  Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun  Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə  “Cavanşirin yadellilərə qarşı mübarizəsi” mövzusunda açıq dərsi  əməkdaşlığın gözəl nümunələrindəndir.

Hər iki açıq dərsdə həm Universitetin əməkdaşlarından, həm də orta məktəb müəllimlərindən iştirak etmiş, birgə fikir mübadiləsi etmiş, öz pedaqoji-metodiki  təcrübələrini bölüşmüşlər.