Orta məktəbdə tələbənin nümunəvi dərsi

Gəncə Dövlət Universitetinin Fransız dili müəllimliyi ixtisasının Mehdi Mehdizadə adına 4 saylı orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri  öz fəallıqları ilə seçilirlər. Fransız dilinin təbliğatını və tədrisinin səmərəliliyini daha da artırmaq, eyni zamanda tələbələrin gələcəyin bacarıqlı mütəxəssisləri kimi yetişmələri sahəsində kafedranın müəllimi Şahnaz Şamilovanın əməyi diqqətəlayiqdir. 13 mart  2017- ci il tarixdə müəllimin həmin məktəbin 5e sinfində  “Bizim şəkilli lüğətimiz” mövzusunda  nümunəvi dərsi keçirilmişdir. Dərsdə  Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov,  şöbənin əməkdaşı Misir Fərhadov, Fransız dili kafedrasının müdiri, baş müəllim Məhərrəm Orucov, kafedranın əməkdaşları, təcrübəçi tələbələr və orta məktəbin  fənn müəllimləri iştirak etmişlər.

Ən yeni dərsliklər əsasında keçilən  dərs prosesində texniki vasitələrdən istifadə, kommunikativ metodun əsasını təşkil edən dialoqlarda şagirdlərin iştirakının təmini, ümumiyyətlə dərsin təşkili, vaxt bölgüsünün düzgün bölunməsi müəllimin pedagoji ustalığından xəbər verirdi.

Dərsin müzakirəsində çıxış edənlər onun müsbət məziyyətlərindən bəhs etməklə qənaətbəxş qiymətləndirdilər.