Pedaqoji və istehsalat təcrübələri ilə əlaqədar tələbələrlə görüş keçirilmişdir

Pedaqoji kadr hazırlığında pedaqoji təcrübənin xüsusi rolu vardır. 2021-2022-ci tədris ilinin II yarım ilində təhsilin hər iki pilləsi üzrə Universitetin buraxılış kurs tələbələrinin (IV və V kurs) və magistirlərinin (II kurs)  tədris planına uyğun olaraq pedaqoji və istehsalat təcrübələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

Pedaqoji və istehsalat təcrübələri başlamazdan əvvəl bütün fakültələrdə, fakültə dekanlarının və kafedra müdirlərinin, təcrübə rəhbərlərinin iştirakı ilə təlimati konfranslar təşkil olunur. Kimya-biologiya fakültəsinin pedaqoji və istehsalat təcrübələrində iştirak edəcək buraxılış kurs tələbələri ilə təcrübəyə aid  tələbələrlə görüş təşkil olunmuşdur.

Tədbirdə Botanika kafedrasının müdiri professor  Vaqif Novruzov, Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova, Anatomiya, fiziologiya və zoologiya  kafedrasının müdiri professor Vəfa Məmmədova, fakültənin dekan müavini dosent Mirzə Həsənov ,  Təcrübə və karyera şöbəsinin əməkdaşları və təcrübə rəhbərləri iştirak edirdilər.

Tədbirdə çıxış edənlər təcrübəçi tələbələrin məktəbdə deyəcəyi sınaq dərslərlə əlaqədar, məktəb kollektivi ilə, məktəbşünaslıq işləri ilə yaxından tanış olur, aparılan müxtəlif pedaqoji işlərdə bir başa iştirak edir. Müəllimlik peşəsinin sirlərini və dərsin necə tədris olduğunu yaxından görür, bir sözlə şagird – müəllim fəaliyyətinin sirlərini öyrənirlər. Konfransda pedaqoji və istehsalat təcrübələrinin əhəmiyyəti, zəruriliyi ilə bağlı metodiki məlumatlar verilmişdir.

Tədbirin sonunda təcrübəçi tələbələri maraqlandıran suallara tədbir iştirakçıları geniş məlumat vermişdirlər.