UNİVERSİTETDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN SƏDR VƏ MÜAVİNLƏRİNİN TƏYİN EDİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

 Universitetin İnnovasiyalar Departamentinin akt zalında Tələbə Elmi Cəmiyyətinin (TEC) 2021-ci il seçki iclası keçirilmişdir.

      İclasda Universitetin Elm və innovasiyalar üzrə prorektoru  Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, İnnovasiya resurslarının formalaşması üzrə şöbə müdiri Aynur Qasımova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, Maqsud Vəliyev və fakültələr üzrə nümayəndələr iştirak etmişdir.

      Tədbiri Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə açaraq bu günədək univeristetin elmi həyatında Tələbə Elmi Cəmiyyətinin rolu, məqsəd və vəzifələri haqqında danışmışdır.

     Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva Tələbə Elmi Cəmiyyətinə olan gözləntilərindən bəhs etmiş, cəmiyyətin elmi-təşkilati tədbirləri həyata keçirməsi ilə tələbələrin bu istiqamətdə daha da aktivliyinin artacağını vurğulamışdır.

    İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov bu istiqamətdə yaradılacaq imkanlardan,eyni zamanda elmi həyatın gənclər üçün olan əhəmiyyətindən danışmışdır.

    İnnovasiya resurslarının formalaşması üzrə şöbə müdiri Aynur Qasımova müasir dövrümüzdə Azərbaycanda və ölkədən kənarda TEC-in mövqeyi və görülən işlər haqqında tələbələrə məlumat vermişdir.

    Tədbirin gedişatında nümayəndələr özlərini təqdim etmişdir. 

    Sonda isə Gəncə Dövlət Universiteti və fakültələr üzrə TEC sədri ilə müavinlərinin seçkisi keçirilmişdir.