“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib.
Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz xidmətlərindən və Azərbaycanda sülhün, o cümlədən sabitliyin təmin olunması, beynəlxalq nüfuzunun sürətlə artması istiqamətindəki səmərəli fəaliyyətindən bəhs edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti” mövzusunda çıxış edib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti