REKTOR GƏNC MƏDƏNİYYƏT İŞÇİLƏRİ ARASINDA KEÇİRİLƏN İNTELLEKTUAL YARIŞDA QALİB OLAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin final mərhələsi keçirilib.

Gəncə Dövlət Universitetinin Filologiya  fakültəsinin tələbələrindən ibarət komanda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin final mərhələsində 2-ci yerə layiq görülüb.

 Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov yarışın qalibləri ilə görüşüb.

Rektor Yusif  Yusibov tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayan rektor bildirib ki, bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.  Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə çıxış edən tələbələr onların asudə vaxtlarının səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitetin rektoruna dərin minnətdarlıqlarını bildiriblər.