REKTOR “İDEYADAN UĞURLU BİZNESƏ” STARTAP MÜSABİQƏSİNİN QALİB TƏLƏBƏLƏRİLƏ GÖRÜŞÜB

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaq, eyni zamanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına, inkişafına dəstək göstərilməsi məqsədi ilə keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb.

Ümumilikdə müsabiqəyə 95 startap layihəsi təqdim olunub, bu layihələr yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilərək 3 qalib müəyyən edilib. Universitetinin  İnnovasiyalar Departamentinin DiaDondurma startap komandası qida sahəsi üzrə layihə ilə müsabiqənin 3-cü yer qalibi olub. Bu qalibiyyət DiaDondurma startap komandasının növbəti uğurudur ve bundan əvvəl onlar İnnovasiyalar Departamentinin təşkil etdiyi “Startap həftəsi” təlim proqramında iştirak ediblər, həmçinin “Startap Günləri” və “StartupFest 2019” innovasiya müsabiqəsinin qalibi olublar.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsindən uğurla qayıdan və nümunəvi xüsusiyyətlərilə digər gənclərə ilham qaynağı olan komanda üzvləri Aysel Mustafayeva, Eminə Orucova və Jalə Əsgərova, həmiçinin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, ekspert-konsultant Rəşad İsgəndərov və Biologiya-Kimya fakultəsinin dekanı İsfəndiyar Alverdiyevi Universitetin rektoru professor Yusif Yusibov qəbul edərək tələbələrə ən ümdə arzularını çatdıraraq onları qazandıqları uğurla bağlı təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda rektor iştirakçılarla xatirə şəkli çəkdirmişdir.