REKTOR NİDERLAND SƏFƏRİNDƏN UĞURLA QAYIDAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

Avropa Komissiyasının maliyyələşdirdiyi, Niderland Biznes Akademiyasının koordinatorluğunu etdiyi Erasmus+ MEDIATS – “Mediasiya: təlim və cəmiyyətin transformasiyası” layihəsinin fəaliyyət planına uyğun olaraq universitetin mediasiya kursunda təhsil alan tələbələr Niderland Biznes Akademiyasının təşkilatçılığı ilə iki həftəlik təcrübə proqramında iştirak ediblər. Niderland Krallığının Dordrecht şəhərində təşkil edilmiş səfərdən uğurla qayıdan beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və tələbələr Mustafa Hüseynov, Nərmin Məmmədzadə, Nigar Piriyeva, Dilbər Əliyeva, Telli Məmmədovanı Universitetin rektoru professor Yusif Yusibov qəbul edərək tələbələrə ən ümdə arzularını çatdıraraq onları qazandıqları uğurla bağlı təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda rektor iştirakçılarla xatirə şəkli çəkdirmişdir.