Rektor qalib tələbələrlə görüşüb

Cəmiyyəti və iqtisadiyyatı gələcəyə aparacaq sosial və texniki yeniliklər təqdim etməyi hədəfləyən Gəncə Dövlət Universiteti sahibkarlıq şüurunun formalaşması, parlaq fikirlərin uğurlu iş planına çevrilməsi, biznes potensialı yüksək iş fikirlərinin reallaşdırılmasına kömək etmək məqsədilə bu gün cənab rektor Yusif Yusibov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaşlığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, SUP.VC şirkətinin təşkilatçılığı ilə kənd təsərrüfatı ilə bağlı “Agrotech Workshop and Hackathon” müsabiqəsinin 1-ci yer qalibləri ilə görüş keçirmişdir.

Görüşdə kənd təsərrüfatı sahəsindəki problemlərə ən yaxşı innovativ həllər təqdim etməklə, bu sahənin inkişafı üçün yeni prototip hazırlayan Gəncə Dövlət Universitetinin Biologiya-Kimya Fakültəsinin Kimya ixtisası üzrə 4-cü kurs tələbələri Aysel Mustafayeva, Eminə Orucova, Jalə Əsgərova və İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərov, Biologiya-Kimya Fakültəsinin dekanı İsfəndiyar Alverdiyev və İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirak etmişdir.

Görüşdə rektor Yusif Yusibov qalib komanda üzvlərini təbrik etmiş, qalib komandaya innovativ həllərini reallaşdırılmaları üçün maddi-texniki təsdək verəcəyini bildirmişdir. Bundan başqa rektor Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı müsabiqələrində də iştirak edən komanda üzvlərinə uğurlar arzulamışdır.