Rektor Yusif Yusibov Türkiyə səfərindən qayıdan universitet əməkdaşlarını qəbul edib

Türkiyə səfərindən qayıdan Baş müşavir Asif Cavadovu, İnnovasiyalar Deportamentinin müdiri Vasif Həsənovu, Azad Tələbə Həmkarlar İttifaqının sədri Pərviz Adıgözəlovu və Elsevər Nağıyevi qəbul edən Universitet rektoru professor Yusif Yusibov onlarla səmimi danışıqlar aparmışdır.

Rektor Türkiyə Universitetlərində Azərbaycan ədəbiyyatının müdriklik zirvəsi olan Nizami Gəncəvinin adını daşıyacaq olan sinif otaqlarının açılış mərasimində iştirak edən əməkdaşları dinləmişdir.

Sonda bir daha Türkiyə-Azərbaycan dostluğunun hər bir sahədə vacibliyini bildirən rektor qeyd etmişdir ki, Gəncə Dövlət Universiteti hər zaman olduğu kimi gələcək illərdə də Türkiyə Universitetləri ilə birlikdə təhsil sahəsində yeni uğurlara imza atmağa hər zaman hazırdır.