Riyaziyatçı alim Bilal Bilalov Gəncə Dövlət Universitetində ustad dərsi keçib
AMEA-nın müxbir üzvü, İstanbul Yıldız Texniki Universitetinin professoru, riyaziyyatçı alim Bilal Bilalov Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində ustad dərsi keçib.
“Elleptik tip tənliklərin müasir problemləri” mövzusunda keçirilən ustad dərsində Bakı Dövlət Universitetinin professoru Telman Qasımov, GDU-nun Riyaziyyat-informatika fakültəsinin professor-müəllim heyəti, doktorantlar və tələbələr iştirak ediblər.
Riyaziyyatçı alim Bilal Bilalov dərsdə elleptik tip tənliklərin müasir problemləri, onların More, Banax, Sobolev fəzalarında həllinin varlığı şərtləri haqqında geniş məlumat verib.
Mövzu ətrafında müzakilər aparılıb və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, riyaziyyat elminin inkişafında xidmətləri olan görkəmli alim Bilal Bilalov 150-dən çox elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir. Onun tərəfindən 5 elmlər, 20 fəlsəfə doktoru hazırlanıb. Professor hazırda Riyaziyyat və Mexanika İnstitunun Qeyri-harmonik analiz şöbəsinin müdiri vəzifəsində çalışır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti