RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNDƏ TƏDBİR
21 sentyabr Beynəlxalq Sülh Günü mühasibətilə Riyaziyyat-informatika fakültəsində Humanitar məsələlər üzrə dekan müavini Aynur Qasımovanın təşkil etdiyi təntənəli tədbir keçirilmişdir. Tədbirdə fakültə dekanı dosent Oruc Hüseynov, dekan müavini dosent Rauf Məmmədov, tədris məsləhətçiləri və fakültənin professor-müəllim heyəti iştirak edirdi.
Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandı, müharibə dayandırıldı, ölkədə sabitliyə nail olundu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.
Tədbirdə sülh mövzusuna həsr edilmiş maraqlı çıxışlar edilmiş, tələbələrin ifasında şeirlər ifa olunmuş və musiqi səsləndirilmişdir.