Ruminiyanın “Dunarea de Jos” Galati Universitetində (2022-2023) təhsil almaq üçün qəbul elan edilir

Əziz tələbələr, müəllim və doktorant heyəti,  

Gəncə Dövlət Universiteti Erasmus+  KA1 Beynəlxalq Kredit Mobilliyi Proqramı vasitəsilə Ruminiyanın “Dunarea de Jos” Galati Universitetində  (2022-2023) təhsil almaq üçün mübadiləyə müraciətlərin qəbul olunduğunu elan edirik.    

Təfərrüatlar aşağıdakılardır:

Uyğunluq:  

Gəncə Dövlət Universitetinin Kimya biologiya, Müasir dillər, Fizika, Tarix coğrafiya, Kompüter elmləri, Bədən tərbiyyətsi və idman, İqtisadiyyat və idarəetmə, İncəsənət ixtisaslarında əyani təhsil alan tələbələr müraciət edə bilərlər.  

  • Müraciət zamanı Universitetinin yuxarıda qeyd olunan bakalavr proqramlarınından hər hansı birində təhsil almalı;  
  • Universitetdə təhsilin ən azı birinci ilini bitirmiş olmalı;  
  • Ümumi orta bal göstəricisi 85 və ya daha yüksək olmalıdır;  
  • Azərbaycan Respublikasının vətəndaşı və ya Universitetində tam proqram üzrə təhsil alan əcnəbi tələbə olmalı;  
  • Son 6 ay ərzində heç bir intizam tənbehi olmamalı;  
  • İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar) və ya GDU tərəfindən dil bacarıqlarının yoxlanılması təmin olunmalıdır. 

Necə müraciət etməli?  

Tələbələr üçün tələb olunan sənədlər:  

  • Europass CV 
  • Ərizə anket forması
  • Təhsil protokolu
  • Milli şəxsiyyət vəsiqəsinin surəti 
  • Transkript 
  • Şəkil (3×4) və tələbə vəsiqəsinin surəti  
  • İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar) və ya Ana Universitet tərəfindən verilən və tələbə şöbələrindən götürülə bilən sənəd 
  • Ərizə forması çap edilməli, imzalanmalıdır. 

Müəllim və Doktorantlar üçün tələb olunan sənədlər:

– Ərizə anket forması

– Təhsil protokolu

“Dunarea de Jos” Galati Universitetində çalışan akademik rəhbər / kafedra/şöbə müdiri tərəfindən imzalanmış, ərizəçiyə mentorluq edəcəyini ehtiva edən məktub. Bu namizədlər haqda məlumat əldə etmək üçün dan.scarpete@ugal.ro və ya luminita.iosif@ugal.ro email ünvanlarına (CV və tədqiqat planı göndərməklə) müraciət edilməli;

– CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Zəhmət olmasa, linkdəki “Europass CV” şablonundan istifadə edin: https://europa.eu/europass/eportfolio/screen/profile-wizard?lang=en

– Bitmiş və / və ya cari təhsil dövrü üçün universitet qiymətlərini  göstərən qeydlərin transkriptlərinin surəti, elmi işi haqqında plan;

Maraqlananlar elana bütün məlumatları aşağıdakı keçiddə əldə edə bilər: 

  1. Ümumi məlumat: https://www.en.ugal.ro/studies/erasmus-programme
  2. Elanda qeyd olunan ərizə anket və təhsil protokolu sənədlərini əldə etmək üçün bu keçiddən istifadə edin: https://www.en.ugal.ro/studies/erasmus-programme/erasmus-icm-ka107/2019-2022/ka107-erasmus-student-mobility-for-studies

Əlavə məlumat almaq üçün Universitetin Beynəlxalq Əlaqələr Şöbəsibə müraciət edə bilərsiniz:

          Şöbə müdiri: Ruslan Məmmədov

          E-mail: ird@gsu.az

Təqaüd: Aylıq məbləğ 850 Avro, səyahət üçün 275 Avrodur

Ərizənin göndərilməsi üçün son tarix 15 May 2022-ci ildir.