Şəhidlər daim hörmətlə xatırlanacaq

    44 günlük Vətən müharibəsində döyüşərək şəhidlik zirvəzinə ucalmış Səməndər İmanov və Elgün Xıdırovun valideynləri Gəncə Dövlət Universitetində olmuşlar. Şəhidlərin yaxınları universitetin Kimya-Biologiya fakültəsinin Ekologiya və təbiətin mühafizəsi kafedrasında Səməndər İmanov və Elgün Xıdırovun adı verilən auditoriyaya baş çəkmişlər.

    Müəllim və tələbələrlə görüşdə şəhidlərin təhsil illəri, müharibə zamanı göstərdikləri qəhrəmanlıqlar haqqında ətraflı söhbət getmişdir. Onlar şəhidlərin hər zaman ehtiramla xatırlandığı və diqqətdə saxlanıldığı üçün Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Kimya-Biologiya fakültəsinin Ekologiya və təbiətin mühafizəsi kafedrasının əməkdaşlarına minnətdarlıq etmişlər. Qeyd edilmişdir ki, şəhid Səməndər İmanov və şəhid Elgün Xıdırov məzunu olduğu Gəncə Dövlət Universitetinin Kimya-Biologiya fakültəsinin Ekologiya və təbiətin mühafizəsi kafedrasınında daim hörmətlə yad olunur.

       Bildirək ki, Gəncə Dövlət Universitetinin şəhid məzunu Səməndər İmanov II Qarabağ müharibəsində Xudafərin körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, “Cəbrayılın azad olunmasına görə”  və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Şəhid Elgün Xıdırov isə II Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuş,  “Füzuli rayonunun azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti