Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi daim ürəklərdə yaşayacadır

   Gəncə Dövlət Univesitetinin Kimya-biologiya və Pedaqoji fakültələrində də 27 Sentyabr-Anım gününə həsr edilən tədbir keçirilib.

    Şəhid valideynləri, Vətən müharibəsi qaziləri, müəllim və tələblərin iştirakı ilə keçirilən tədbirdən öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   44  günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

  Tədbirlərdə çıxış edənlər  ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildiriblər.

  Tədbirin sonunda tələbələrin ifasında vətənpərliyə aid şeirlər, mahnılar səsləndirlib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti