“SOS” uşaq kəndində praktik (seminar) məşğələlər uğurla davam etdirilir

Təhsildə keyfiyyət Təminatı Agentliyinin tövsiyyələri əsasında hazırlanmış “Fəaliyyət istiqamətləri”nin VI bəndinin 3-cü hissəsində nəzərdə tutulan  “SOS” Uşaq kəndi ilə əlaqələrin qurulması və müvafiq praktik dərslərin orada təşkilinin təmin edilməsinin icra edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyinin müvafiq əmrinə əsasən Sosial iş , Psixologiya və TSPX ixtisasların  II, III kurs tələbələrinin bəzi seminar və laborator məşğələlərinin SOS uşaq kəndində məşğələləri uğurla davam etdirilir. 2 dekabr 2021-ci il tarixdə Pedaqoji fakültənin Psixologiya ixtisasının III kurs və Tarix –coğrafiya fakültəsinin Sosial iş ixtisasının III kurs tələbələrinin “Sosial işçinin bacarığının artırılması” mövzusunda seminar məşğələsi təşkil  olunmuşdur.

Tədbirdə SOS uşaq kəndinin Sosial işçisi Elnurə Yusubova, koordinator Cavanşir Ələkbərov, Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının müəllimi Gülşən Babayeva, Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilova, GDU-nun Təcrübə və karyera şöbəsinin əməkdaşları, Psixologiya və Sosial iş ixtisasının II və III kurs tələbələri iştirak etmişdirlər.

SOS uşaq kəndinin koordinatoru Cavanşir Ələkbərov mövzu ilə əlaqədar olaraq sosial işçiyə tələb olunan bacarıqlar, davranış qaydaları, sosial vəziyyət çətin olan ailələrlə aparılan işin daha da səmərəli təşkili, sənədləşmənin sosial işçiyə etibar edilməsini təmin etmək, ailə ilə ilk tanışlıq zamanı aparılan sənədləşmə  haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

SOS uşaq kəndinin Sosial işçisi Elnurə Yusubova mövzu ilə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırdı.

 Tədbirdə tələbələri maraqlandıran suallara müəssisənin rəhbərliyi ətraflı məlumat verdi.

Sonda Tələbələr SOS uşaq kəndinin işçiləri ilə birgə xatirə şəkilləri çəkdirdilər.