Universitetdə yeni Tələbə Gənclər Təşkilatının təyin edilməsi ilə bağlı tədbir keçirilib

Universitetin II korpusunun akt zalında Tələbə Gənclər Təşkilatının (TGT) 2021-ci il ərzində gördüyü işlərlə əlaqədar hesabat və seçki iclası keçirilmişdir.

Tədbiri rektorun müşaviri Asif Cavadov açaraq  44 günlük Vətən müharibəsində informasiya cəbhəsində tələbə gənclərin xüsusi fəallıq göstərdiyini və tələbələrin vətənpərvərlik ruhunda yetişməsində tələbə gənclər təşkilatlarının da əhəmiyyətli rol oynadığını vurğulamışdır. Baş müşavir Asif Cavadov  Tələbə Gənclər Təşkilatının Universitetdə və tələbələrin sosial həyatındakı rolundan danışmışdır.

Tədbirdə iştirak edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov  və həmin idarənin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə Universitetin Tələbə Gənclər Təşkilatının fəaliyyətindən və  tələbələrin “Zəfər İlində” fəalləqları ilə seçilməsindən bəhs etmişdirlər. 

Universitetin  Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Tələbə Gənclər Təşkilatının tələbələrinin təşkil olunan bütün tədbirlərdə aktivliyi ilə seçilməsindən bəhs edərək , gələcək illərdə də bu aktivliyin artacağına inandığını söylədi.

Tədbirdə Orxan Məmmədov ümumi məlumat verərək  Tələbə Gənclər Təşkilatının hesabıtını  verdi.

Daha sonra yeni İdarə Heyətinin üzvləri seçki yolu ilə seçildi.

Sonda  isə TGT-nin yeni sədri və müavinlərinin seçkisi keçirildi.