Strateji İnkişaf Planında (SİP) FƏALİYYƏTLƏRİN İCRASINA NƏZARƏT VƏ MONİTORİNQ QRUPUNUN 5 saylı İCLASI keçİrİlİb

    25 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Strateji İnkişaf  Planında (SİP) fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun 5 saylı iclası keçirildi.

     İclasda gündəlik məsələ- SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün hazırlanmış təklif sənədinin müzakirəsinə dair ətraflı məlumat verilib.

     Daha sonra gündəlikdə duran məsələ monitorinq qrupu üzvləri tərəfindən təhlil olunub, təkliflər dinlənilib.

     Qeyd edək ki, monitorinq qrupunun növbəti iclası 16 may 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulur.