“Süni intellekt ağıllıdırmı?” mövzusunda ustad dərsi
Gəncə Dövlət Univesitetinin İnformatika və cəbr kafedrasının elmlər doktoru Mehriban Həsənova Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə “Süni intellekt ağıllıdırmı?” mövzusunda ustad dərsi keçib.
Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, dosent Tahir Məmmədov, 3 nömrəli tam orta məktəbin direktoru Surxay Hüseynov, direktor müavini Könül Ənnağıyeva, orta məktəbin fənn müəllimi Aidə Həsənova və yuxarı sinif şagirdləri iştirak ediblər.
Mərurəziçi Mehriban Həsənova çıxışında qeyd edib ki, dərsin məqsədi şagirdlərdə süni intellekt haqqında yalnız ümumi təsəvvür yaratmaq deyil, həm də rəqəmsal bacarıqların mahiyyətini anlatmaq, şəxsi məlumatları qorumağın əhəmiyyətini izah etmək və süni intellektdən təhlükəsiz, etik və ağıllı istifadə etmək bacarığını formalaşdırmaqdır.
Dərsin sonunda şagirdləri maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı cavab verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




