Təcrübəçi tələbənin sınaq dərsi keçirilmişdir
İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyində Kimya – biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Əfsanə Səmədovanın 7a sinifində Zoologiya fənnindən “Hörümçəkkimilər sinfi” mövzusun da sınaq dərsi keçirilmişdir.
Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, universitetin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Aytac Məmmədova, orta məktəbin Zoologiya müəllimi Ülviyyə Məhərrəmova, həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər. Təcrübəçi tələbə Əfsanə Səmədova qeyd etdi ki, hörümçək torundan parça toxumağa hələ qədim zamanlardan cəhd edilmişdir. VIII əsrin əvvəllərində belə hörümçək torundan toxunmuş parşadan əlçək və corablar hazırlanırdı. Bu geyimlər zərifliyi, yüngüllüyü və eyni zamanda möhkəmliyinə görə fərqlənirdi. Hörümçəkkimilərin əksəriyyəti quru mühitdə yaşayır 70 mindən artıq növü var.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.