Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq qrupunun iclası keçirildi
Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə 14 Mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin “Təhsilin Pedaqogikası və metodikası” kafedrasında “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupunun iclası keçirildi.
İclasın gündəliyində aşağıda qeyd olunan məsələlərin müzakirəsi və təsdiqi nəzərdə tutulmuşdur.
1.Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupunun iş prosesinin qurulması
2.Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə monitorinq qrupunun müvafiq iş planının tərtib edilməsi.
İclasda dəvət olunan maraqlı tərəflərin nümayəndələri – N. Nərimanov adına 25 saylı orta məktəbin İbtidai sinif müəllimləri Kifayət Tağıyeva, Saidə Alverdiyeva, GDU-nun Fizika kafedrasının müdiri Yəhya Namazov, Təhsilin pedpaqogikası və metodikası kafedrasının dosenti Günay Kazımova da iştirak ediblər.
Diqqətə çatdırıldı ki, yekunlaşan akkreditasiya prosesinin davamı olaraq, GDU-ya təqdim edilən tövsiyələrin icrasına dair Fəaliyyət Planının hazırlanması tələb olunmuşdur. Tələb olunan fəaliyyət planı rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanmış və Universitet Elmi Şurasının 04.03.2025-ci il tarixli (pr. №07) qərarı və rektorluğun 07.03.2025-ci il tarixli 5/125 saylı əmri ilə təsdiq edilmişdir. Hazırlanmış fəaliyyət planı Elmi Şurada təsdiq edilməzdən öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilmiş və razılaşdırılmışdır.
Hazırlanmış fəaliyyət planında qeyd edilən bəzi fəaliyyətlərin icrası üçün rektorluğun 05.03.2025-ci il tarixli 5/108 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının Əsasnaməsi, eyni zamanda rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası və onun tərkibi təsdiq edilmişdir. Bundan sonra rektorluğun 07.03.2025-ci il tarixli 5/118 saylı əmri ilə “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq qrupu” yaradılmışdır.
Bu səbəbdən, iclasda monitorinq qrupun iş prosesinin təşkili, vəzifə bölgüsü və qarşıda duran vəzifələr ətrafında müzakirə aparıldı və müvafiq qərarlar qəbul edilməsi nəzərdə tutuldu.
19 Mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin “Təhsilin Pedaqogikası və metodikası” kafedrasında iş planının müzakirəsi zamanı qeyd edilən təklif və düzəlişlər nəzərə alınaraq yekun versiyaya əlavə olundu. Hazırlanan və təkliflərlə zənginləşdirilən iş planı işçi qrupu və maraqlı tərəfilərin nümayəndələri tərəfindən yekunlaşdırılaraq təsdiq olundu.