Tələbə Mediası layihəsinin üçüncü günü

Bu gün Gəncə Dövlət Universitetində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (Centre for Economic and Social Development), Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin (Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində) maliyyə dəstəyi ilə “Tələbə Mediası” adlı layihənin son günüdür.

Təlimlərin üçüncü günü də proqrama uyğun olaraq davam edir. Bu gün də günün birinci yarısı Almaniyadan olan təlimçilər, ikinci yarısı isə universitetimizdən olan təlimçilər müvafiq mövzularda təlimlərə başlamışdır.

Günün sonunda Bakı səfərinə hazırlıq barədə məlumatlar veriləcək və  ev tapşırıqları izah edildikdən sonra 3 günlük təlim qiymətləndiriləcəkdir.