TƏLƏBƏLƏRƏ HƏDİYYƏ
Gəncə Dövlət Universitetində rəhbərlik tərəfindən daim idmana, tələbə gənclərin sağlamlığına, asudə vaxtlarını mənalı keçirmələrinə xüsusi diqqət və qayğı göstərilir. Tələbələrimiz də bu etimadı həmişə idman sahəsindəki qələbələri ilə doğruldur, Respublika olimpiadalarında Universitetin şərəfini ləyaqətlə qoruyurlar.
Bu günlərdə isə rəhbərlik tərəfindən tələbələrimizə daha bir hədiyyə verilmişdir. II tədris binasının arxasında yerləşən mini futbol meydancası rəngli şiferlə 3m hündürlüyündə hasarlanmış, 2 ədəd futbol qapısı, meydançanın kənarlarına isə gül qabı və oturacaqlar qoyulmuşdur. 1000 m2 əla növ yaşıl ortüyün salınması artıq başa çatdırılmışdır.
Bunlardan əlavə meydançanın kənarlarları boyu 750m2 tamet piltələrin döşənməsinə yaxın günlərdə başlanacaqdır.