“Tələbələr arasında intellektual yarış” keçirilib.
Müsabiqədə Universitetin müxtəlif fakültələrində təhsil alan 54 tələbə iştirak edib.
M. Ş. Vazehin 220 illik yubileyinə həsr olunan “Tələbələr arasında intellektual yarış”ın keçirilməsində əsas məqsəd dahi şairin həyat və yaradıcılığının gənclər arasında təbliğ olunmasıdır. Müsabiqədə iştirakçılara 21 sual təqdim edilib. Tələbələrin fərdi şəkildə mübarizə apardığı yarışda şairin həyat və yaradıcılığı ilə yanaşı gənclərin intellektual səviyyəsini yoxlamaq üçün də müxtəlif mövzulu suallar təqdim olunub.
Ilk 3 yerin sahibləri mükafatlandırılıb.
Qeyd edək ki, universitetdə şairin 220 illik yubileyi ilə əlaqədar olaraq inşa-yazı və şeir müsabiqəsi, şahmat yarışı, futzal çempionatı, noyabrın ilk həftəsi isə məntiq, informatika və xarici dildən sınaq imtahanı təşkil olunacaq.