TƏLƏBƏLƏR ASUDƏ VAXTLARINI SƏMƏRƏLİ KEÇİRMİŞLƏR
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili,onların sağlam həyat tərzi yönümündə müxtəlif məzmunlu daim layihələr hazırlayaraq həyata keçirimişdir. 07 oktyabr 2016-cı il tarixdə bu layihələrin davamı olaraq universitetin 35 tələbəsi Heydər Əliyev Mərkəzində gözəl şəraitli, idman alətləri ilə təmin edilmiş meydançada olmuşlar. Onlar burada idman alətlərindən istifadə edərək maraqlı komanda yarışları keçirmiş, şən musiqi altında müxtəlif rəqslər etmişlər.
Tələbələr Universitetin onlara göstərdiyi diqqət və qayğıdan, yaradılan şəraitdən hədsiz razı qaldıqlarını bildirdilər.