Tələbələr Göygölün tarixi məkanlarına ekskursiya ediblər
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Fizika və texniki fənlər fakültəsinin bir qrup tələbəsi Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib.
Muzey bələdçisi tərəfindən tarixi məkanda nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib və vaxtı ilə Göygöldə yaşayan almanların həyat tərzini əks etdirən xüsusi guşə barəsində söhbət açılıb. Bildirilib ki, muzeydə qədim kurqanlarda qazıntılar zamanı əldə olunan saxsı qablar və məişət əşyaları qorunur.
Ekskursiya çərçivəsində tələbələr XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “yeraltı şəhər”i xatırladan zirzəmilər, həmçinin Göygöldə yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı Viktor Klaynın mənzili ilə yaxından tanış olublar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti