TƏLƏBƏLƏR UŞAQ EVİNDƏ
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Pedaqoji fakültənin I-II kurs tələbələri Gəncə şəhərində yerləşən Uşaq evində olmuşlar. Valideyn himayəsindən məhrum olmuş bu uşaqlara baş çəkmək artıq bir ənənə şəklini almışdır. Bu dəfə də tələbələr aldıqları hədiyyələrlə onlara sevinc payı gətirmişlər.
Görüş əsnasında uşaqlar səhnəciklər göstərmiş, tələbələr də onlarla birlikdə rəqs etmişlər. Axıra qədər şən keçən bu görüşdə uşaqların sevincinin həddi-hüdudu yox idi.Tələbələr üçün də yadda qalan bir gün oldu.