Tələbələrimiz xaricdə təhsil imkanlarına dair görüşdə iştirak ediblər
“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti tələbələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Macarıstanın Azərbaycandakı Səfirliyinin Təhsil və mədəniyyət üzrə diplomatı Monika Felföldi Hökumətlərarası Təqaüd Proqramı, “Stipendium Hungaricum in Azerbaijan” layihəsi və Macarıstanda təhsil imkanları barədə geniş məlumat verib, proqramın üstünlüklərindən danışıb.
Sonda Monika Felföldi tərəfindən tələbələrə Macarıstanla bağlı test sualları təqdim edilib, sualları doğru cavablandıran gənclərə hədiyyələr verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti