TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı universitetin Biologiya-kimya fakültəsinin I kursunda təhsil alan tələbələrlə görüş keçirmişdir. Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov onlara Universitetdə gənclərin fəallığı ilə görülmüş işlər, onlarla maraqlı layihələrin həyata keçirilməsi, asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artmasına diqqət və bu sahədə rəhbərliyin qayğısı və dəstəyi, yaradılan hər cür şərait  haqqında geniş məlumat verdi. Bu baxımdan Tələbə Gənclər Təşkilatının son bir il ərzində fəaliyyətini əks etdirən video-çarxlar tələbələrin böyük marağına səbəb oldu.

Görüşün sonunda ali məktəbdə ilk addımlarını atan tələbələri maraqlandıran suallar cavablandırıldı.