TƏLƏBƏMİZ KAZAN FORUMUNDA İŞTİRAK ETMİŞDİR

form4

Bu günlərdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində  “Yeni nəsil: sərhədsiz məsuliyyət” IV Rusiya – Azərbaycan Gənclər Forumu keçirilmişdir. Forumda  qədim Gəncə şəhərini təmsil edən gənclərdən biri də Gəncə Dövlət Universitetinin Fizika və texniki fənnlər fakültəsinin IY kurs tələbəsi Mobil Qarayev olmuşdur.

Mobil Qarayev Gəncə şəhər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Layihələr Departementinin rəhbəri, “2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyin könüllülər üzrə koordinatoru,  Gəncə Dövlət Universiteti Enaktus Proqramının proqram meneceridir. O, 10 000 nəfər gəncin iştirakı ilə Ulu öndər Heydər Əliyevin, 6000 nəfər gəncinn iştirakı ilə Bakı-2015-Avropa oyunlarının açılış mərasimi üçün canlı mozaikanın, 10 152 nəfər gəncin iştirakı ilə “Gəncə-Avropa Gənclər Paytaxtıdır-2016” loqosunun canlı mozaikasının layihə rəhbəri olmuşdur.

Azərbaycan və Rusiyanın müstəqil dövlətlər kimi mövcud olduğu dövrdə yeni nəsil yeni münasibətlər tələb edir. Hər iki ölkənin gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək günün tələblərinin ən başlıcasıdır. Kazan Forumu     hər iki ölkənin gənclərinin bir-biri ilə yaxınlaşıb  ünsiyyət yaratmaq, fikir mübadiləsi aparmaq, dostluq əlaqələrini genişləndirmək, birgə səmərəli diskussiyalar etmək  imkanı yaratmışdır. Şübhə yox ki, belə bir forum  gənclərə yeni dostluq və qardaşlıq münasibətlərinə xidmət edəcək yeni layihələrin və ideyaların yaranmasına ciddi təkan verəcəkdir.

Forumda Mobil Qarayevin iştirakı ilə  “Gənclər və iqtisadiyyat”, “Dünya gənclərin əlindədir” , “Tarixi yaşadaraq, gələcəyi qurmaq” mövzuları ətrafında dəyirmi masalar keçirilmiş, hər iki ölkəni maraqlandıran bir sıra mövzular üzrə müzakirələr aparılmış,  əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

IV Rusiya – Azərbaycan Gənclər Forumu  ən xoş təssüratlarla gəncliyin yaddaşına həkk olunmuşdur.