Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı fakültələrdə dərslər dinlənilib
Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq qrupu tərəfindən fəaliyyət planına uyğun olaraq bir sıra işlər həyata keçirilir.
14 və 15 aprel 2025-ci il tarixlərdə Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq qrupunun nümayəndələri mövcud vəziyyətin təhilili ilə bağlı İqtisadiyyat-idarəetmə, Filologiya və Riyaziyyat-informatika fakültələrində auditoriyalarda dərsləri dinləyiblər, tədris prosesinin keyfiyyətli təşkili ilə bağlı təhlil qeydləri aparıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti