Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq qrupunun hazırladığı iş planı müzakirə edilmiş və təsdiqi olmuşdur
Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq qrupunun 19 mart 2025-ci ildə keçirilən iclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq qrupunun hazırladığı iş planı müzakirə edilmiş və təsdiqi olmuşdur.
İclasın sədri Babayev Məhərrəm bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiqi ilə bağlı prosesə nəzarət və monitorinq qrupu tərəfindən iş planı layihəsi hazırlanmışdır.
Hazırlanan bu iş planı, bu gün müzakirəyə çıxarılaraq təsdiq olunmalı və sonra sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılması nəzərdə tutulur. Razılaşdırıldıqdan sonra rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılmış Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının sədrinə təsdiqə göndərilməsi planlaşdırılır. Məsələ ilə bağlı rəy və təkliflərin bildirilməsini təklif etdi.
İşçi qrupun üzvlərindən Əliyeva Elmira Firdovsi qızı, Tağıyeva Aytəkin Rəfail qızı, Yusibova Günel Yalçın qızı, Abbasov İsrafil Seymur oğlu çıxışlarında İş planı hazırlanarkən monitorinq qrupun üzvlərindən alınmış təkliflər yüksək qiymətləndirdilər və Sonda iş planının təsdiq edilməsini təklif etdilər.
Çıxışlar dinlənildikdən sonra gündəlik məsələlər səs verməyə qoyuldu və İş planının rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup ilə razılaşdırıldıqdan sonra Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasına müzakirə və təsdiq üçün göndərilməsi qərarı verildi.