TƏLİM KEÇİRİLMİŞDİR

02 mart 2017-ci iltarixdə Gəncə Dövlət Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti – Media – Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində dövlət strukturları, KİV, QHT nümayəndələri və əlilliyi olan insanların iştirakı ilə ictimai təlim keçirilmişdir.Tədbirdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri SəbuhiAbbasov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə şəhər nümayəndəsi Rövşən Novruzov, Gəncə Dövlət Universitetinin Humanitar məsəslələr üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, müəllim və tələbələr iştirak etmişlər.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə şəhər nümayəndəsi Rövşən Novruzov çıxışında bildirdiki, Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarında keçirilən təlimin əsas məqsədi hərəkət imkanları məhdud olan insanların yaşam şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda onların hüquqlarının qorunmasının gücləndirilməsindən ibarətdir. Qeyd etmişdirki, “Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik” hüququ əsasında yaradılmış layihə çərçivəsində “Çağrı Mərkəzi”ndə hərəkət imkanları məhdud insanlara hüquqi yardımın göstərilməsi, onların reabilitasiya və social problemləri ilə bağlı məsləhətlərin verilməsi, əlillərin fəaliyyətinin qorunması, onların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə iştirakçılara geniş məlumat vermişdir.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva universitetdə 10 fiziki qüsurlu tələbənin təhsil aldığından və onlara göstərilən diqqət və qayğıdan danışaraq, belə insanların həyatda öz yerlərini tapmaqda və konkret sənətə yiyələnməkdə dövlətimizə hər zaman güvənə biləcəklərini vurğulamışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin KİV-lərlə iş üzrə baş məsləhətçisi Kənan Məmmədov çıxışında Gəncə şəhərində də fiziki qüsurlu olan insanlarla aparılan işlərdən, onlara göstərilən dəstəkdən bəhs etmişdir.

Təlimdə əlilliyi olan şəxslərin yaşam şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər səslənmiş, fikir mübadiləsi aparılmışdır.