Təlim seminar keçirildi
17 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində “ Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsi (Xəzər universitetinin koordinatorluq etdiyi) çərçivəsində yaradılmış “Əlilliyi olan tələbələr üçün mərkəz”in təşəbbüsü ilə Universitetimizdə müxtəlif fakültələr üzrə təhsil alan tələbələrdən ibarət fəaliyyət göstərən “Dəstək qrupu” üçün müxtəlif fiziki məhdudiyyətli tələbələrlə necə işləmək və onlara yanaşmalarla bağlı “İnklüziv və xüsusi təhsil anlayışı” mövzusunda maarifləndirmə xarakterli təlim seminar keçirilmişdir.
Təlim seminarda əlilliyi olan tələbələr üçün mərkəzin direktoru Farizə İsmayılzadə, mərkəzin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə yaradılmış “Qiymətləndirmə və monitorinq qrupu”nun üzvlərindən Azərbaycan dilinin tədrisi metodikası kafedrasının baş müəllimi İlhamə Niyazova, tədris elektron mərkəzin mühəndis proqramçısı Sevinc Quliyeva və təlimçi ekspertlər, Azərbaycan Respublika Əlil Təkilatları İttifaqının Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova, Gəncə Regional Ombudsman aparatının nümayəndəsi Səbuhi Abbasov, 45 saylı xüsusi məktəbin müəllimi Vəfa İsmayılova və “Dəstək qrupu”nun üzvləri iştirak etmişlər.
Semanarı giriş sözü ilə açan mərkəzin direktoru Farizə İsmayılzadə ESFIDIP-Tempus layihəsindən və mərkəzin iş fəaliyyətindən iştirakçılara ətraflı məlumat verdi.
Təlim seminarda iştirak edən “Əlil Təşkilatları İttifaqı”nın Gəncə şöbəsinin müdiri Elmira İsmayılova “İnklüziv və xüsusi təhsilin dərki, xüsusi təhsilin növləri”, Gəncə Regional Ombudsman aparatının nümayəndəsi Səbuhi Abbasov “Əlillərin hüquqları və məşğulluğu, qanunlar, layihələr” və 45 saylı xüsusi məktəbin müəllimi Vəfa İsmayılova “Əlilərə yanaşmalar, onlarla işləmək qaydaları” mövzusunda iştirakçılara ətraflı məlumatlar verdilər.
Seminarda iştirak edən “Qiymətləndirmə və monitorinq qrupu”nun üzvləri Sevinc Quliyeva və İlhamə Niyazova da mərkəzin Qərb bölgəsində məhz Gəncə Dövlət Universitetində açılmasının təqdirəlayiq hal olmasından və mərkəzin nəzdində yaradılmış “Dəstək qrupu”nun üzvlərinin aktiv fəaliyyətindən danışaraq tələbələrə bu vacib işdə uğurlar dilədilər.
Təlim seminarda iştirak edən Tarix-coğrafiya və Riyaziyyat-informatika fakültələri üzrə “Dəstək qrupu”nun üzvləri Ayxan Fərəcli və Ülviyyə Mustafayeva tərəfindən tamamən görmə məhdudiyyətli tələbələrlə işləmək qaydasını iştirakçılara əyani şəkildə nümayiş etdirdilər.
Təlim seminar maraqlı müzakirə ilə yadda qaldı.