NÖVBƏDƏNKƏNAR ELMİ ŞURA KEÇİRİLMİŞDİR

16 may 2016-cı il tarixdə Gəncə dövlət Universitetinin Elmi Şurasının növbədənkənar iclası keçirilmişdir. Rektor professor Yusif Yusibov bildirmişdir ki, universitetdə humanitar sahədə görülən işlər olduqca təqdirəlayiqdir. Son tədris ilində 200 tədbir keçirilmişdir. İstər humanitar məsələlərdə, istərsə də digər işlərdə   universitetin uğurlarını daha da  genişləndirmək məqsədilə kadr dəyişikliyinə zərurət yaranmışdır.

Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun 05 may 2016-cı il tarixli 11/317 saylı əmri ilə çoxillik vəzifə təcrübəsi olan, bacarığı, işgüzarlığı, qabiliyyəti ilə şəhər miqyasında tanınan dosent Fətəliyeva Gülsüm İsa qızı universitetin humanitar məsələlər üzrə prorektoru, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun 12 may 2016-cı il tarixli 1/162 saylı əmrilə Cavadov Asif Şəmil oğlu rektorun baş müşaviri təyin edilmişdir.

Universitetin fəxri professorlarından Əliqulu Quliyev, Heydər Kərimov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Tarix kafedrasının müdiri, dosent Emma Aslanova cıxış edərək universitetdə aparılan kadr dəyişikliyindən hədsiz razı qaldıqlarından və bundan sonra yeni təyin olan kadrların fəaliyyətləri sayəsində bu təhsil ocağında müsbət mənada ciddi dəyişikliklərin olacağına öz inamlarını bildirdilər.