Təcrübə və karyera şöbəsinin əməkdaşları 28,36 və 43 saylı məktəblərdə

11 aprel 2017-ci il  tarixdə Təcrübə və karyera şöbəsinin əməkdaşları tərəfindən  36,28 və 43 saylı orta məktəblərdə təcrübədə olan tələbələrə metodiki kömək göstərildi və növbəti sınaq dərsləri ilə bağlı sənədləşmə işləri nəzərdən keçirildi.

  1. 36 saylı məktəbdə Tarix-coğrafiya fakültəisinin Tarix-coğrafiya müəllimliyi ixtisasının tələbələrinin (Tağızadə Nərgiz, İsmayılov Pərvin, Əlizadə Şiranə və Qədirova Gültəkinin)  sənədləri yoxlanıldı, onlara sınaq dərsləri ilə bağlı məsləhətlər verildi.
  2. 28 saylı məktəbdə təcrübə rəhbərləri ilə birgə Riyaziyyat- informatika fakültəsinin Riyaziyyat-informatik müəllimliyi  ixtisasının IV kurs və Pedaqoji fakültənin IV kurs İbtidai sinif müəllimliyi ixtisasının tələbələrinə (Mehralızadə Nigar, Qasımova Aygün, Qasımova Zülfiyyə, Qayıblı Elmira – Riyaziyyat – informatika fakültəsi; Həsənzadə Lamiyə və Qurbanova İlahə – Pedaqoji fakültə)  pedaqoji təcrübə ilə bağlı məsləhətlər verildi, sınaq dərslərinin materialları nəzərdən keçirildi.
  3. 43 saylı orta məktəbdə Xarici dillər fakültəsinin İngilis dili ixtisasının IV kurs tələbələrinin pedaqoji təcrübə ilə sənədləşmə işlərinə baxıldı. Təcrübə rəhbərləri tərəfindən onlara çatışmazlıqlar ilə bağlı  məsləhətlər verildi. Yaxın günlərdə aşağıdakı tələbələrin  ( Qasımova Cəmilə, Qəhrəmanova Gülnar, Qurbanova Ramilə, Şirinova Bənövşə, Şirinova Günay) sınaq dərsləri olacaq.

Daha sonra, həmin məktəbdə təcrübə keçən Pedaqoji fakültənin İbtildai sinif   müəllimliyi ixtisasının tələbələrindən  Musayeva Lalə, Musazadə Aynurə, Nəzərzadə Səkinə , Vəliyeva Könül, Rüstəmzadə Elvinə və Rüstəmova Aytənin keçilirəcək sınaq dərsləri ilə bağlı sənədləşmə işləri rəhbər müəllimlər tərəfindən yoxlanıldı.