Təcrübəçi tələbələrin sınaq dərsi keçirilib

Gəncə şəhəri Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Əfsanə Şabanovanın ədəbiyyat fənnindən Hüseyn Cavidin  “Ana”  dramının   məzmunu və təhlili  üzrə sınaq dərsi olub.

Təcrübəçi tələbə Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında, həmçinin “Ana” dramının məzmunu və təhlili ilə bağlı şagirdlərə ətraflı məlumat verib. Dərsdə maraqlı səhnəciklər qurulub, şeirlər söylənib.  

Dərsdə orta məktəbin direktor müavini Aynur Hacıyeva,  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Maqbet Əhmədov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Aynur Şükürova, şöbənin əməkdaşı Nuridə Məmmədova və məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.  

  Təcrübəçi tələbə sınaq dərsində  müasir təlim texnologiyalarından istifadə edib.

Sonda təcrübəçi tələbənin sınaq dərsi pedaqoqlar tərəfindən təhlil olunub

X X X

Gəncə şəhəri 11 saylı tam orta məktəbdə Tarix – coğrafiya fakultəsinin 4-cü kurs tələbəsi Ulduz Qədirlinin 6-cı sinif şagirdləri üçün “Kosmik ünvan” mövzusunda sınaq dərsi olub.

Dərsdə Cografiya kafedrasının müdiri Yeganə Əliyeva, Təcrübə və karyera şöbəsinin əməkdaşı Tünzalə Qarayeva, fənn müəllimi Təvəkkül Sadıqov və təcrübəçi tələbələr iştirak ediblər.

Dərsdə təcrübəçi tələbə səma cismləri – ulduzlar, planetlər, peyklər, asteroidlər, meterot və kometalar haqqında ətraflı məlumat verib.

Təcrübəçi tələbə dərsdə müasir təlim metodlarından istifadə edib.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda pedaqoq və psixoloqlar təcrübəçi tələbənin dərsini təhlil edib. Ona məsləhətlərini veriblər.

X X X 

İsrafil Məmmədov adına 27 saylı fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə Pedaqoji fakültənin Musiqi müəllimliyi ixtisasının 4cu kurs tələbəsi Ayşən Kazımlının 4-cü sinif şagirdləri üçün “Bəstəkar və mahnı” mövzusunda sınaq dərsi olub.

Sınaq dərsində orta məktəbin musiqi müəllimi Səltənət Rəhimova, ibtidai sinif müəllimi Nübubət Əliyeva, metodist müəllim Lalə Rəfibəyli Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və təcrübəçi tələbələrdə iştirak ediblər.

Şagirdlərə məlumat verilib ki, görkəmli bəstəkar Tofiq Quliyev bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı, həm də Azərbaycanın ilk estrada mahnılarının yaradıcısıdır. “Nəsimi” “Qaynana”,“Bəxtiyar” kimi məşhur bədii filmlərə musiqi yazan bəsətəkarın bu əsərləri ilk gündən ümumxalq sevgisi qazanıb. Tofiq Quliyev böyüklərlə bərabər, kiçik yaşlı uşaqlar üçün də mahnılar bəstələyib. Onun “Ögey ana” filmi üçün bəstələdiyi “kəndimiz” mahnısı xalqımızın dilində bu gün də əzbərdir.

Dərsdə şagirdlər Tofiq Quliyevin bəstələdiyi mahnıları həvəslə ifa ediblər.

Dərs təhlil olunaraq müəllimlər tərəfindən yüksək qiymətləndirilib.

X X X 

Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbdə Fizika və texniki fənlər fakültəsinin Fizika müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Nəcməddin Balakişiyevin 9 sinif şagirdləri üçün “Atom nüvəsinin radioaktiv çevrilmələri” mövzusunda sınaq dərsi olub.

Dərsdə Fizika kafedrasının müdiri Niyazi Quliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Sabir Abdullayev, sinif rəhbəri Sevinc Aşurova, fənn müəllimi Təranə Alıyeva və təcrübədə olan tələbələr iştirak ediblər.

Sonda ixtisasçı müəllimlər tərəfindən sınaq dərsi təhlil olunub.