TƏCRÜBƏÇİ TƏLƏBƏNİN İNFORMATİKA FƏNNİNDƏN SINAQ DƏRSİ KEÇİRİLDİ

12. 04. 2022-ci il tarixdən  Gəncə şəhər Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbindəRiyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Əmirli Samirə Əlövsət qızının 5c sinifində “Kiber təhlükəsizliyi və iqtisadi təhlükəsizlik”  mövzusun da sınaq dərsi keçirilmişdir.

Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübə rəhbərləri baş müəllimlər Bəsti Cəfərova və Sevinc Orucova, orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Təranə Məhərrəmova, həmin sinfin informatika müəllimi Mehriban Quliyeva, məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər. Dərsdə təcrübəçi tələbə Samirə Əmirli mövzu haqqında ətraflı məlumat verdi.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsinin yaxşı təşkil olunduğunu, müasir təlim texnologiyalarına uyğun aparıldığını, təcrübəçi tələbənin dərsinin yaxşı səviyyədə olunduğunu qeyd elədi. qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi. Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.