Universitetdə buraxılış kurs tələbələri ilə görüş keçirilmişdir

Universitetdə buraxılış kurs tələbələri ilə görüş keçirilmişdir

Gəncə Dövlət Universitetində bu il ali təhsili başa vuracaq tələbələrlə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov açaraq tələbələri salamlamış, bir neçə il pandemiya şəraitində təhsil almış və bu il ali təhsil ocağını bitirəcək gənclərə gələcək həyatlarında uğurlar arzuladıqdan sonra bəzi məsələlərə aydınlıq gətirmişdir.

Diqqətə çatdırılmışdır ki, artıq orta məktəblərdə keçirilən açıq dərslər və istehsalat təcrübələri başa çatmışdır. Əldə olunan faktlara əsasən demək olar ki, həm açıq dərslər, həm də istehsalat təcrübələri yüksək səviyyədə keçmişdir.

Görüşdə o da vurğulanmışdır ki, imtahanlarda akademik borcu olan tələbələr tədris ili başa çatana kimi həmin borclarını vaxtında verməli, təhsil haqqının ödənilməsini başa çatdırmalı, təcrübələrdə iştirak edən tələbələr hesabatlarını vaxtında təqdim etməlidirlər. Ümumiyyətlə universiteti başa vuran hər bir tələbə təhsil ocağına heç bir borcu qalmaması barədə arayış təqdim etməlidir. 

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.