TƏCRÜBƏÇİ TƏLƏBƏNİN NƏRİMAN NƏRİMANOV ADINA 25 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ SINAQ DƏRSİ KEÇİRİLDİ

Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə Fizika və texniki fənlər fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə 4 kurs tələbəsi Türkan Talıbovanın 7a sinifində  “Rəqsi hərəkət, mexaniki rəqslər” mövzusunda sınaq dərsi təşkil olunmuşdur.  Dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyev, Təcrübə və karyera şöbəsinin müdiri  dosent Cabbar Qarayev, Fizika kafedrasının müdiri dosent Niyazi Quliyev, rəhbər müəllimlər dosent Rasim Hüseynov, müəllim Rəşad Abbasov və həmin məktəbdə olan təcrübəçi tələbələr iştirak edirdilər.

Təcrübəçi tələbə mövzu ilə əlaqədar olaraq qeyd etdi ki, gündəlik həyatımızda müşahidə etdiyimiz hadisələrdən biri rəqsdir. Rəqs hər hansı prosesin zaman keçdikcə təkrarlanmasıdır. Onlardan biri mexaniki rəqsdir. Mexaniki rəqslər – mexaniki hərəkətin zaman keçdikcə təkrarlanma prosesidir.

Təcrübəçi tələbə dərsə aid əyani vəsait hazırlamışdır. Dərsi sual-cavabla yekunlaşdırdıqdan sonra fərqlənən şagirdləri qiymətləndirdi. Tədbirdə çıxış edənlər təcrübəçi tələbəyə bir sıra metodiki məsləhətlər verdilər və onun dərsini yaxşı qiymətləndirdilər.