UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

      Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir.  Elmi Şura öz işinə başlamazdan əvvəl rektor Yusif Yusibov çıxış edərək uzun illər universitetdə çalışan, bu ali təhsil ocağının ictimai-siyasi həyatında fəallıq gösərən və bu günlərdə  65 yaşı tamam olan pedaqoji fakultənin dekanı Bayram Apoyevi yubileyi münasibətilə təbrik edərək ona rektorluq adından Fəxri fərman, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova isə xatirə hədiyyəsi vermişdir.

          Sonra rektor “Arximed-25” yeni texnologiyalar və innovasiyalar müsabiqəsinə təqdim edilən qurğuya görə  Qızıl medala layiq görülən  universitetin fizika kafedrasının dosenti Vaqif Rüstəmova həmin medalı təqdim etmişdir.

Universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra müzakirələrə başlanılmışdır. Birinci məsələ-“Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatı” ilə universitetin İnnovasiyalar Departamentinin sədri Vasif Həsənovun, “Fakultələrdə payız imtahan sessiyasının yekunları ilə əlaqədar sənədlərin yoxlanması üçün yaradılmış komissiyaların ümumiləşdirilmiş məlumatı” ilə Tədris Departamentinin rəhbəri Elturan Yusifovun çıxışları dinlənilərək müzakirə edilmişdir.

          Sonra universitetin musiqi fənləri kafedrası və Magistratura şöbəsi müdirlərinin 5 illik hesabatları dinlənilərək müzakirə olunmuşdur. Hər iki hesabat Elmi Şura üzvlərinin çıxışlarından sonra qənaətbəxş hesab edilmişdir.

          Elmi Şurada riyazi analiz və botanika kafedralarının dosent elmi adını almağa dair vəsatətin qaldırılmasına baxılmış, ümumi pedaqoji kafedrasında boş olan dosent yerinə seçki keçirilmişdir.

          Elmi Şura cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırmışdır. Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.