Tələbələrlə görüş keçirilib

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ali təhsil müəssisəsinin Riyaziyyat və İnformatika, Pedaqoji, Fizika və texniki fənlər fakültəsinin birinci kursunda təhsil alan tələbələrlə görüş keçirib.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetdə tələbələrin iştirakı ilə görülmüş işlər, gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə yaradılan şərait haqqında ətraflı məlumat verib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının son bir il ərzində fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.