Tələbələrimiz “Gender bərabərliyi sağlam həyat tərzidir” mövzusunda keçirilən təlimdə iştirak etmişlər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi,  “Gənc Hüquqşünaslar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi sağlam həyat tərzidir” mövzusunda keçirilən təlimdə Gəncə Dövlət Universitetinin  fəal gəncləri də iştirak etmişlər.

     Təlimlər zamanı məişət zəminində törədilən zorakılıq hallarının qarşısının alınması,  gender bərabərliyi çərçivəsində ailədaxili fərdlərin asudə vaxtlarının səmərəli təşkili, bərabərhüquqlu sağlam həyat tərzi, pis vərdişlərdən kənarlaşmanın vacibliyi ilə bağlı aparılan diskussiyalarda universitetimizin tələbələri də fəallıq nümayiş etdirmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti