TƏLƏBƏLƏRİN BAYRAM TƏDBİRİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Aura Park əyləncə və ticarət mərkəzinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə əyləncəli tədbir  keçirilmişdir. Pedaqoji fakültənin tələbəsi Fərid İsgəndərovla Tarix-Coğrafiya fakültəsinin tələbəsi Tural Cəfərovun, Ülvi Süleymanovla  Anar Hacıyevin birgə oxuduqları mahnılar, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Qurban Seyidlinin gitarda ifası, Biologiya-kimya fakültəsinin tələbəsi Səməd Həsənovun rəqsi, Filologiya fakültəsinin tələbəsi Çinarə Ələkbərovanın söylədiyi şeir tələbələr və şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.

Konsert proqramının gedişində tələbə qızlar  arasında maraqlı və əyləncəli oyunlar da təşkil olundu. Qaliblər hədiyyə ilə mükafatlandırıldılar.

Tələbələr tədbirdə asudə vaxtlarını olduqca maraqlı keçirdikləri üçün universitetin rəhbərliyinə, həmşinin təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.