Tələbələrin SOS uşaq kəndində seminarı təşkil edilmişdir

Gəncə Dövlət Universiteti ilə “SOS” Uşaq kəndi arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən  əlaqələrin qurulması və müvafiq praktik -seminar dərslərin həmin müəssisədə təşkilinin təmin edilməsinin icra edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyinin müvafiq əmrinə əsasən Sosial iş, Psixologiya və TSPX ixtisasların  II, III kurs tələbələrinin bəzi seminar və laborator məşğələlərinin SOS uşaq kəndində məşğələləri uğurla davam etdirilir. 9 dekabr 2021-ci il tarixdə Pedaqoji fakültənin Psixologiya ixtisasının II kurs tələbələrinin “Kiçik yaşlı məktəblilərin şəxsiyyətinin formalaşması” mövzusunda seminar məşğələsi təşkil  olunmuşdur.  

Seminar məşğələsində Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova, həmin kafedranın baş müəllimi Nübar Quliyeva, SOS uşaq kəndinin sosial işçiləri Aynurə Həmzəyeva, Cavanşir Ələkbərov və Psixologiya ixtisasının II kurs tələbələri iştirak edirdilər.

Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova və baş müəllimi Nübar Quliyeva, SOS uşaq kəndinin sosial işçiləri Aynurə Həmzəyeva, Cavanşir Ələkbərov və Cabbar Abdullayev mövzu ilə əlaqədar olaraq tədbir iştirakşılarına geniş məlumat verdilər.

Tədbirdə tələbələri maraqlandıran sualları tədbir iştirakçıları və müəssisənin rəhbərliyi ətraflı məlumatlandırıblar. Praktik – seminar məşğələsi Kəpəz TV-nin əməkdaşları tərəfindən Kütləvi İnformasiya Vasitələrində işıqlandırılması üçün geniş tərkibdə çəkiliş aparıldı. Tədbir iştirakçılarından və tələbələrdən müsahibələr götürüldü.   

Sonda Tələbələr SOS uşaq kəndinin işçiləri ilə birgə xatirə şəkilləri çəkdirdilər.