UNİVERSİTETİN ƏMƏKDAŞLARI KONFRANSDA İŞTİRAK EDİBLƏR

Gəncə Dövlət  Universitetinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin marketinq mütəxəsisi Maqsud Vəliyev  və  İdarəetmə  kafedrasının müəllimi Kamil Cəfərov  9-10 dekabr  2021   tarixində Bakı şəhəri  Qafqaz Point Hotelində təşkil olunmuş  Avropa İttifaqının Gənclər proqramı çərçivəsində  Sahibkarlıq tədrisi konfrasında iştirak ediblər .

Konfransın birinci günü Avstriyalı təlimçilər Kristian Vagner və Johannes Lindler Aİ Gənclərin  Yol xəritələri  layihəsi, Kurriklumların tətbiqinin gücləndirilməsi və təsirinin ölçülməsi , Kurriklum variantların fayda və hədəf qrupa uyğunlaşması  mövzusunda təlim keçiblər . Təlim zamanı Avstriyalı təlimçilər iştirakçıları sahibkarlıq təhsili üzrə Avropa təcrübəsi ilə tanış edərək bu istiqamətdə bilik və bacarıqlarını artırmaq və yaradıcı tədris metodikasınının inkişaf mövzusunda öz təcrübələrini bölüşmüşlər