Pedaqoji kadr hazırlığında pedaqoji və istehsalat təcrübələrinin əhəmiyyəti

Pedaqoji kadr hazırlığında pedaqoji və istehsalat təcrübələrinin keçirilməsinin çox böyük əhəmiyyəti vardır.

Təcrübə dövründə tələbələr mühazirələrdə, laborator məşğələ və seminarlarda aldıqları nəzəri bilikləri pedaqoji təcrübədə tətbiq edir, digər tərəfdən əlaqəli şəkildə mənimsəyir. Tədris planına uyğun olaraq universitetin bütün buraxılış kurs tələbələri tədris ilinin II yarısında – 16 fevral 2022-ci il tarixdən-24 may 2022-ci il müddətinə kimi pedaqoji və istehsalat təcrübələrində iştirak edəcəklər. Təcrübəçi tələbələrin gedəcəyi orta ümumtəhsil məktəbləri və istehsalat müəssisələri, onlara rəhbərlik edəcək fənn müəllimləri müəyyənləşdirilmiş, təlimat-metodiki sənədləri tam şəkildə yekunlaşdırılmışdır. Bununla əlaqədar olaraq universitetin Riyaziyyat-informatika, Fizika və texniki fənlər, Xarici dillər, Filologiya fakültələrində (IV, V) və Magistratura şöbəsinin (II) buraxılış kurs tələbələrinin təlimatı konfransları keçirilmişdir. Konfransda fakültə dekanları, kafedra müdirləri, Təcrübə və karyera şöbəsininin əməkdaşları, fənn müəllimləri və təcrübəçi tələbələr iştirak edirdilər.

Tədbirdə çıxış edənlər, təcrübəçi tələbələrin məktəbdə deyəcəyi sınaq dərslərlə əlaqədar, məktəb kollektivi ilə, məktəbşünaslıq işləri ilə yaxından tanış olmaları, aparılan müxtəlif pedaqoji işlərdə bir başa iştirak etmələri, müəllimlik peşəsinin sirlərini və dərsin necə tədris olduğunu yaxından izləmələrini, bir sözlə şagird – müəllim fəaliyyətinin sirlərinin öyrənilməsi ilə bağlı məlumatlar verdilər. Konfransda pedaqoji və istehsalat təcrübələrinin əhəmiyyəti, zəruriliyi ilə bağlı metodiki- təlimatı məlumatlar verdilər.  

Tədbirin sonunda tələbələri maraqlandıran suallara tədbir iştirakçıları ətraflı məlumat vermişdilər.