Tələbənin növbəti sınaq dərsi

25 may 2017- ci ildə Gəncə şəhər Nigar Rəfibəyli  adına 43 nömrəli tam orta məktəbdə  Pedaqoji  fakültənin İbtidai sinif  мцяллимлийи ixtisasının IV kurs tələbəsi  Musazadə  Aynurə Cuma qızının “sınaq dərs”i keçirildi. Musazadə Aynurə  tərəfindən təqdim olunan  dərs həmin məktəbin 23 sinfində  “Cirtdan” nağılı mövzusuna həsr olunmuşdur.

Təcrübəçi  tələbə dərsdə müasir təlim metodlarından və əyani vəsaitlərdən istifadə etdi, şagirdlərə Azərbaycan xalq nağıllari haqqında geniş məlumat verdi.

Dərsdə  iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent Cabbar Qarayev, məktəbin direktor müavini Asif Kərimov, təcrübə rəhbəri baş müəllim Svetlana Nuriyeva, məktəbin  ixtisas üzrə fənn müəllimi Zenfira Bayramova və məktəbdə təcrübə keçən İbtidai sinif  мцяллимлийи ixtisasının tələbələri.

Tələbənin dərsi geniş surətdə  müzakirə olunan zaman onun dərs prosesındə  buraxdığı  müəyyən nöqsanlar və çatışmazlıqlar nəzərinə çatdırıldı,  ona bir sıra metodiki məsləhətlər verildi, ümumiyyətlə, dərs qənaətbəxş hesab olundu.

43№-li orta məktəblə universitet arasında əlaqəri ardıcıl surətdə davam edir və genişlənir.